Sosial şəbəkələrdə İstanbulun Atatürk Beynəlxalq Hava Limanında polisin terrorçunu vuraraq zərərsizləşdirdiyi anın görüntüləri yayılıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, terror aktı iyunun 28-də gecə saatlarında İstanbuldakı Atatürk Hava Limanının beynəlxalq terminalında törədilib. Partlayışlar nəticəsində 50 nəfər həyatını itirib, 147 nəfər isə yaralanıb.
E.Ə.
www.oxu.az