Keçən həftə Türkiyənin ən məşhur brendlərindən biri olan “Yargıcı” paytaxtımızda ilk mağazasını açdı. 40 ildən artıqdır ki, dünyanın bir çox ölkəsində “Yargıcı” markası tanınır.
İstehsala kişi geyimləri ilə başlayan şirkət ötən əsrin 80-ci illərindən qadın qarderoblarını zənginləşdirməklə şəbəkəsini genişləndirib. Təbiilik və rahatlığın ahəngini əks edən məhsullar həm evinizə, həm də geyim tərzinizə rəng qatır.
Şirkət 2015-ci ildən xanımların rahatlığını düşünərək “Homeworks” ev kolleksiyasını da yaratmağa başlayıb. Biz salon mebellərinin nəfis tərtibatıyla zövqlü insanların diqqətini cəlb edə bildik. Fərqli ölkələrin ev dizaynlarını həyatlarına qatmaq istəyənlərin seçimi artıq “Yargıcı”dır.
Geyim dizaynerlərimiz məhsulları müxtəlif regionların mədəniyyətlərindən ilhamlanaraq ərsəyə gətirirlər. Bu il kolleksiyamız Avstraliyada yaşayan aborigenlərin həyat tərzinə uyğun hazırlanıb.
Kolleksiyalarımızda xalqların qadın obrazları canlandırılır, yaxın gələcəkdə Azərbaycanın göz bəbəyi olan Qarabağın Xarı bülbülü də geyimlərimizin üzərində əks olunacaq.
Hər ay çeşidlərini yeniləyən və ona rəngarənglik qatan dizaynerlərimiz bu dəfə qızıl qum, saman, hakinin çalarlarından daha çox istifadə ediblər.
Azərbaycan qadınlarını moda aləminə daha da yaxın etmək üçün “Yargıcı” markasını ölkəmizə də gətirdik. Bununla da təbii materiallardan hazırlanan keyfiyyətli geyimlər zərif varlıqlar üçün əlçatan oldu.
Möhtəşəm açılış mərasiminə tanınmış şəxslər, bank, mobil diler, şou biznes nümayəndələri, internet bloqerləri və digər qonaqlar qatılıblar. Zövqlü musiqinin sədaları altında dəvətlilər mağazamızdakı ev və geyim aksessuarları ilə tanış oldular. Məhsulların qiymətlərinin münasib olması da qonaqların diqqətini çəkib.
İlk mağazamızın ünvanı: Hüseyn Cavid prospektilə Əbdürrəhim Haqverdiyev küçəsinin kəsişməsi, 566-ci məhəllə.
Instagram: @yargici.azerbaijan