Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında xəstə üçüncü mərtəbədən yıxılıb.
Oxu.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 5:30 radələrində baş verib.
Şəhər sakini 38 yaşlı Cavid Bağırov hava almaq üçün müalicə aldığı xəstəxananın eyvanına çıxıb və huşunu itirərək oradan yıxılıb.
Cavid Bağırov dərhal xəstəxananın işçiləri tərəfindən reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Bildirək ki, Cavid Bağırov iki gün öncə əməliyyat olunub. O, Abbas Səhhət adına xəstəxanada təmir getdiyindən Gəncə Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunur.