Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UNEC rektorunun müşaviri Banqladeşin yeni hökumət başçısı kimi and içib
Nobel Sülh Mükafatı laureatı, Banqladeşin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunusun and içmə mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə "Jamuna TV" telekanalı məlumat yayıb.
Banqladeş Prezidenti Şahabuddin Çuppu da müvəqqəti hökumətin 14 müşavirini and içməyə təşviq edib. Yaxın vaxtlarda Yunusun formalaşdıracağı gələcək hökumət üzvlərinin də iştirakı ilə oxşar mərasimin keçirilməsi gözlənilir.
Qeyd edək ki, avqustun 5-də Banqladeşin baş naziri Şeyx Hasina kütləvi etirazlara görə istefa verib və ölkəni tərk edib. O, Hindistana gedib və oradan Böyük Britaniyadan siyasi sığınacaq istəyib. Banqladeşdə küçə iğtişaşlarında 400-dən çox insan həlak olub.
Xatırladaq ki, Məhəmməd Yunus 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri professoru adına layiq görülüb, 2024-cü ilin aprelində isə UNEC rektoru Ədalət Muradovun müşaviri təyin edilib.
"Banqladeş" teqi üzrə xəbərlər
- Banqladeşdə insanların ağıllarını itirdikləri sirli "Güzgülər evi" tapıldı
- Banqladeşdəki daşqınlardan milyonlarla insan zərər çəkib
- Banqladeş diplomatik nümayəndələrini əvəzləyir: Qərar hansı ölkələrə aid edilir?
- Banqladeşin keçmiş baş nazirinə qarşı ölüm ittihamı ilə cinayət işi açılıb
- Yeni hökumət başçısı seçilmiş UNEC rektorunun müşaviri korrupsiya ittihamlarından bəraət alıb
Rəylər