Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Paris-2024: Osman Nurmaqomedovun medal ümidi puç oldu
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
Oxu.Az xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi- San Marino təmsilçisi Maylz Nazem Amin finala vəsiqə qazana bilməyib.
Onun həlledici mərhələyə gedən yolda İran güləşçisinə uduzması Osmanın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı dörddəbir final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.
Nurmaqomedov rəqibinə məğlub olub - 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Oxu.Az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Nurmaqomedov (11:2) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda San Marino təmsilçisi Maylz Amin ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
- Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb
- Azərbaycan idmançılarının Parisdə qazandıqları medallar geri qaytarılır: Proses başlandı - ÖZƏL
- Həsrət Cəfərov Olimpiya medalının keyfiyyətsizliyindən gileylənib
Rəylər