Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Uşağını sanitar qovşaqda öldürmək istəyən ANA: "Çimizdirmək istəyirdim"
Quba Rayon Mərkəzi Xəstəxanasında 34 yaşlı qadının sanitar qovşaqda yeni doğulmuş körpəsini öldürməyə cəhd etməsi faktı ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma davam edir.
Oxu.Az Bizim.Media-ya istinadla xəbər verir ki, ananın öz uşağını öldürmək istəməsini xəstəxananın tibb personalından bir əməkdaş iddia edib.
Həmin əməkdaşın sözlərinə görə o, sanitar qovşağa daxil olanda, ananın sanitar qovşaqdakı şlanqla körpəsini öldürmək istədiyini görüb. Ana isə öz ifadəsində əksini deyir. Bildirir ki, həmin şlanqla uşağı çimizdirmək istəyib.
Tərəflərin ifadələrinə və digər təfərrüatlara hüquqi qiymət araşdırmaların sonunda veriləcək.
Onu da qeyd edək ki, yeni doğulmuş uşağın vəziyyəti stabildir.
"Quba Rayon Prokurorluğu" teqi üzrə xəbərlər
- Azərbaycanda anasının sanitar qovşağa ataraq öldürməyə çalışdığı körpənin GÖRÜNTÜLƏRİ YAYILDI
- İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib
- İxracdan əldə olunan 139 milyon manat pul ölkəyə qaytarıldı
- 20 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər - ADLAR
- 84.3 milyon manat pul ölkəyə qaytarılmayıb - Vəzifəli şəxslər HƏBS OLUNDULAR