Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Vəfadar Misirov: "Proses çox məsuliyyətlidir, səhvdən söhbət gedə bilməz"
"İmtahan nəticələrinin yoxlanılması prosesində bəzi tapşırıqlar var ki, iki markerin cavabı üst-üstə düşməyəndə, üçüncü marker yoxlayır. Proses çox məsuliyyətlidir. Səhvdən söhbət gedə bilməz".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.
Qeyd edək ki, martın 2-də keçirilən buraxılış imtahanlarında 57 mindən çox şagird iştirak edib. İlkin məlumatlara əsasən, altı nəfərdə mobil telefon, bir nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İki nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
Məhərrəm Əliyev