Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vəndam kəndində taksi aşıb: XƏSARƏT ALAN VAR
Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, Vəndam kəndi ərazisində BYD markalı "Bolt" taksi xidmətinə məxsus avtomobilin yol kənarındakı çökəyə aşması nəticəsində bir nəfərin yüngül xəsarət aldığı bildirilir.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirilib ki, hadisə bu gün saat 14 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 54-cü kilometrliyində qeydə alınıb.
"Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində Ceyhun Məmmədovun idarə etdiyi BYD markalı, 77-UH-945 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan üç sərnişindən biri xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunur.
Əzizə İsmayılova
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə XƏBƏRDARLIQ EDİB
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: "Ətrafdakı insanları nəzərə alın"
- Bakıda ana və iki övladının vurulması ilə nəticələnən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- BDYPİ sürücülərə xəbərdarlıq edib