Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Vicdansız münasibət nəticəsində sağlamlığa yüngül zərər vuran tibb işçiləri cərimələnəcəklər
Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına görə cərimə tətbiq ediləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcəklər.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Cərimələrin 5 faizi polislərin sosial müdafiəsinə yönəldiləcək
- Prokurorluq orqanlarında çalışan şəxslərin pensiya yaşı dəyişdirilir
- Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
- Deputat QDİƏT PA-nın sessiyasında üzv dövlətlərin parlament və hökumətlərinə təkliflər səsləndirib
- BMTM-də Azərbaycan-Türkmənistan münasibətləri ilə bağlı elmi-praktik simpozium keçirilib