Türkiyə nəhənglərindən olan "Fənərbağça" klubu "Qalatasaray"da icarə əsasında çıxış edən Viktor Osimhen üçün "Napoli"yə 75 milyon avro təklif edib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı lacivərdlər" futbolçunun özünə isə 20 milyon avroluq maaş təkli etmək barədə düşünürlər.
"Fənərbağça" klubu məlumatı yalanlasa da, "Napoli" rəsmiləri təklif göndərildiyini təsdiqləyiblər.
Qeyd edək ki, Viktor Osimhen isə "Qalatasaray"a olan bağlılığı səbəbindən təklifi qəbul etməyəcəyini bildirib.