Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xaçmazda 31 yaşlı qadın əri tərəfindən bıçaqlandı
Xaçmazda 31 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.
Bu barədə Oxu.Az-a Xaçmaz rayon prokurorluğundan bildirilib.
Məlumata görə, yanvarın 6-sı Xaçmaz rayonunun Hacılar kəndi ərazisində 1991-ci il təvəllüdlü Aynur Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynur Əhmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Allahverdi Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
"Xaçmaz rayonu" teqi üzrə xəbərlər
- Nazir köməkçisinin atası infarktdan öldü: Qızının faciəsinə tab gətirmədi
- Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır
- Azərbaycanda iş adamı lüks avtomobili ilə düşdüyü qəzada öldü
- Sabah bəzi ərazilərdə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ
- Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib
Rəylər