Tailandda hər il keçirilən “Gold Cobra” adlanan xüsusi təyinatlı dəstələrin növbəti təlimləri keçirilib.
Oxu.Az bildirir ki, bu dəfə təlimlərdə 7 ölkədən olan doqquz min əsgər iştirak edib.
Tanklarla keçən təlimdən sonra, xüsusi təyinatlı dəstənin nümayəndələri, daha çox cəsarət və dözüm tələb edən bir mərhələyə (Survival) keçid alıblar.
Bu sınağın şərtlərinə görə əsgər bir neçə gün meşədə qalır. Bu mərhələnin əsas özəlliyi isə əsgərlərin qidanı özlərinin əldə etmələri idi.
Dözülməz şəraitdə sağ qalmaq üçün əsgərlər zəhərli ilan, həşərat və bitkilərlə qidalanmalı olublar.
Xüsusi təyinatlı dəstələrin təlimindən qeyri-adi kadrları diqqətinizə çatdırırıq.
Elvin Əhmədov
www.oxu.az