İyulun 5-də günün ikinci yarısından Azərbaycan ərazisində yağıntılar tədricən kəsiləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, 6-dan başlayaraq ölkə ərazisində əsasən hava şəraiti yağmursuz keçəcək. Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək.
Ölkə ərazisində sərin və küləkli hava şəraiti müşahidə olunsa da, iyulun 3-də Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə yüksək olub.