İstanbul məhkəməsi Türkiyədə geniş iğtişaşlara səbəb olmuş Taksim meydanı və Gəzi parkının yenidən qurulması layihəsini ləğv edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul məhkəməsi qeyd olunan qərarı hələ iyunun 8-də qəbul etməsinə baxmayaraq, ictimaiyyət bu barədə dünən xəbər veriblər.
Qeyd edək ki, Taksim meydanının yenidən qurulması layihəsinin ləğv edilməsi tələbi ilə iddianı məhkəməyə İstanbulun Memarlıq və Şəhərsalma Palataları təqdim etmişdi.