Bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı vaxtında ödəmirlər.
Oxu.Az “Bakıelektrikşəbəkə” ASC-yə istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir. Məlumatda həmçinin qeyd olunur ki, fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 08 iyul 2013-cü il tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaqdır ki, bu da abonentlərə müəyyən problemlər yaradacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin “Bakıelektrikşəbəkə” ASC-nin rəsmi internet-saytında “onlayn” olaraq həyata keçirilir. Elvin Əhmədovwww.oxu.azƏn son xəbərləri bizim "X" səhifəmizdə izləyin