Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yağışlı havada piyadaların üzərinə su sıçradan SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
"Sulu və ya palçıqlı yolda piyadalara, binalara və ətrafdakı nəqliyyat vasitələrinə qəsdən su sıçradılması hər bir sürücüdə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.1.5 maddəsinə əsasən, 40 manat məbləğində inzibati cərimə öhdəliyi yaradır".
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O qeyd edib ki, yağışlı hava şəraiti ilə əlaqədar hər bir hərəkət iştirakçısı daha məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidir.
"Xüsusilə sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobillərinin şüşələrinin və işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı və ətrafdakı insanları nəzərə almalıdırlar.
Əlverişsiz hava şəraitində piyadaların hərəkətində də bir sıra çətinliklər yarandığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da ehtiyatlı olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi və avtomobil yollarına çıxmamağı tövsiyə edirik", - deyə M.Ağayev vurğulayıb.
Əzizə İsmayılova
"Yol hərəkəti qaydaları" teqi üzrə xəbərlər
- Bakının mərkəzində nəzarətsiz qalan QADAĞAN NİŞANLARI
- 10 ay ərzində piyadaların qaydaları pozması nəticəsində doqquz nəfər ölüb - RƏSMİ
- Narkotikin təsiri altında olan sürücü özünə xəsarət yetirməyə çalışdı - SAXLANILDI
- Qanunu bilməyən sürücülərin çaşbaş qaldıqları yol
- Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
Rəylər