2015-ci ilin əvvəlindən (yanvar-iyul) Gürcüstana səfər edən xarici turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4.9% artaraq 3 milyon 070 min nəfər təşkil edib.
Oxu.Az “Qruziya-onlayn” saytına istinadla xəbər verir ki, Milli Turizm İdarəsinin məlumatına əsasən, xarici turistlərin sayına görə Türkiyə birinci yerdədir – 757 min 331 nəfər. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 5% azdır.
İkinci yerdə Azərbaycandır – 741 min 163 nəfər (2014-cü ilin analoji dövrü ilə müqayisədə 8% çox). Üçüncü yerdə isə Ermənistandır – 723 min 909 nəfər (2014-cü ilin analoji dövrü ilə müqayisədə 12% çox).