İstanbul əyalətində Tuzla zonasında dəri emalı fabrikində ximikatların sızması baş verib.
Oxu.Az yerli televiziyaya istinadən xəbər verir ki, binadan narıncı rəngdə buxar qalxır.
Fabrikin və ətraf tikililərin personalı təxliyyə edilib. Qəza zonasına çoxlu sayda yanğınsöndürənlər gəlib. Mütəxəssislər kimyəvi maddələrin sızma mənbəsinin zərərsizləşdirilməsi ilə məşğul olurlar.
E.Ə.
www.oxu.az