Bakının Yasamal rayonunda xoşagəlməz hadisə baş verib.
Hadisə şahidlərinin Oxu.Az-a verdikləri məlumata görə, ərazidə tikinti işlərini həyata keçirən “Simpatiya S” şirkəti texniki təhlükəsizlik qaydalarına riayət etməyərək, tikinti aparılan ərazidə saxlanılmış avtomobillərə zərər vurub.
Belə ki, hündürmərtəbəli binanın növbəti mərtəbəsinin inşası üçün beton tökülərkən, ətrafdakı digər şəxslərin avtomobilləri, eləcə də piyadaların qorunması üçün heç bir tədbir görülməyib və beton sıçrantıları vətəndaşların şəxsi mülklərinə zərər vurub.
Onu da qeyd etmək lazımdır ki, ərazidə tikinti aparılan yerdə avtomobil saxlamağın qadağan olduğunu göstərən heç bir nişan quraşdırılmayıb.
Tikinti işlərini həyata keçirən iş icraçısı isə vətəndaşların haqlı iradına “get kimə istəyirsən şikayət et” deyə cavab verib.
Ərazidən çəkilmiş fotoları təqdim edirik.