Bakıda yaşayış binasında yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında liftin yanar hissələri yanıb.
Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.