Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“YAŞAT” düşərgəsi başa çatdı - FOTO
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi başa çatıb.
Oxu.Az xəbər verir ki, düşərgənin sonuncu günündə Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları tərəfindən “Süni zəka: kodla və oyna”, “Data elmi və tətbiq sahələri” mövzuları üzrə təlim proqramları keçirilib.
Eyni zamanda iştirakçılar üçün hovuz və əyləncə saatı təşkil olunub.
Sonra “YAŞAT” düşərgəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Fondun Himayəçilik Şurasının üzvləri Sevinc Alızadə, Anar İsgəndərov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.
Qonaqlar uşaqlarla birgə şam ediblər. Günün sonunda tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə düşərgənin qala gecəsi təşkil olunub.
Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub.
Düşərgə şəhidlərimizin 8-11, 12-14, 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edib.
Həmçinin tərəfdaşlar iştirakçılara müxtəlif hədiyyələr təqdim edib.
Düşərgə boyunca uşaqlar sığortalanıblar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunublar. Psixoloqlar tərəfindən müxtəlif terapiyalar keçirilib, o cümlədən fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdirilib və onlar Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.
Düşərgədə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən innovativ düşünmə tərzinin aşılanması məqsədilə yarışmalar, habelə robot texnikası, yuxarı yaşlı uşaqlar üçün isə “Hakaton” keçirilib.
2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edib. Ümumilikdə 300-dək uşağı əhatə edən altı düşərgə həyata keçirilib hər düşərgə ümumilikdə altı gün beş gecəni əhatə edib.
"Qarabağ" teqi üzrə xəbərlər
- Mənbicli gəncin Azərbaycan bayraqlı, "Qarabağ" yazılı köynəyi diqqət çəkdi
- Yassin Benziya: "Keçmiş klubuma qarşı matç mənim üçün çox maraqlı olacaq"
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
Rəylər