Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yol polisindən kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə ÇAĞIRIŞ
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də texniki tələblərə cavab verməyən kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin şahidi oluruq".
Oxu.Az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yaydığı müraciətdə qeyd edib.
Bildirilib ki, istifadəyə yararsız, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçirilməsi sürücü ilə yanaşı, digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir.
"Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi də ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə zəmin yaradır.
Hazırda mövsümlə əlaqədar əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, sürücüləri məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırırıq", - deyə BDYPİ-dən bildirilib.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU
- Avtoxuliqanlıq edən sürücünün işi MƏHKƏMƏYƏ göndərildi
- Bu ilin 11 ayı ərzində avtoqəzalarda 344 nəfər ölüb - RƏSMİ
- Biləsuvarda ölüm təhlükəsi saçan magistral yol: BDYPİ-dən açıqlama
- Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb
Rəylər