Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub - FOTO
ADA Universitetində “Yüksəliş” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Oxu.Az-ın məlumatına görə, təltifetmə mərasimi “Yüksəliş” müsabiqəsinin təsis olunmasının dörd illiyi münasibətilə keçirilib.
Tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
Rəsmi qonaqlar çıxışlarında qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Onlar müsabiqənin uğurlu təşkili barədə danışıb, üçüncü dəfə baş tutan “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.
Üçüncü “Yüksəliş” müsabiqəsinin 22 qalibi diplomla təltif ediliblər.
“Yüksəliş” müsabiqəsinin 22 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.
Məlumat üçün bildirək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Daha çox şəkil burada: PhotoStock.az
İlhamə Əbülfət
"ADA Universiteti" teqi üzrə xəbərlər
- Ali təhsil sisteminə 7 yeni ixtisas əlavə olunub - Bəs kadr hazırlığı necə gedir?
- Hikmət Hacıyev NATO nümayəndələrini Azərbaycanın təhlükəsizlik siyasəti barədə məlumatlandırıb
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Əli Əhmədov: "Azərbaycanın müstəqillik əldə etməsi Türkiyə üçün də mühüm hadisə idi"
- İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib
Rəylər