“Balet sənəti üçün çox ağır itkidir”.
Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimində opera ifaçısı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov jurnalistlərə açıqlamasında deyib.
Sənət yoldaşı qeyd edib ki, mərhum baletmeysterin baletləri son illər teatrda səhnələşdirilmirdi:
“May ayında Rəfiqə xanımın baletləri teatr səhnəsinə qayıdacaqdı. Təəssüf ki, onu görmədi. Bu prosesdə özü iştirak edə bilməyəcək. Bu balet onun əziz xatirəsinə həsr olunacaq. Rəfiqə xanım daim qəlblərdə yaşayacaq sənətkardır. Azərbaycan mədəniyyətinə ağır itkidir. Allah rəhmət eləsin”.
Nəzrin Vahid
Rəylər