Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zəlzələdən zərərçəkənlərə yardım edən şəhid atası: "Toy əşyalarını qardaş ölkəyə göndərdik"
"Eşitdim ki, rayonda yardım kampaniyası başlayıb. Ürəyimdən keçdi ki, Sübhanın toyu üçün hazırlanmış yorğan-döşəyi göndərim".
Bunu Baku TV-yə Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım göndərən Murtuz Kərimov - Vətən müharibəsi şəhidi Sübhan Kərimovun atası deyib.
Şəhid atası qeyd edib ki, göndərəcəyi yardım barədə həyat yoldaşı ilə məsləhətləşib və o da bu fikri bəyəndikdən sonra kampaniyaya qoşulub:
"Daxilən çox yüngülləşdik ki, Sübhan canını Vətən üçün verdi, biz də onun toyu üçün olan əşyaları qardaş ölkəyə göndərdik. Hər ikimiz bununla qürur duyduq. Biz bu işə biganə qala bilməzdik".
Ətraflı süjetdə:

"Türkiyədə zəlzələ" teqi üzrə xəbərlər
- Türkiyə üçün saatlı bomba: Torpağın altında genişlənən çat aşkar edildi
- Zəlzələdə türk qardaşlarımıza dəstək olan Sərvər - "Jiquli" həmrəylik rəmzinə çevrildi
- FHN əməkdaşları zəlzələdə xilas etdikləri Türkiyə sakinlərindən danışdılar
- Hakan Fidandan Trampa CAVAB - SALAM BAKU
- Kahramanmaraşdakı zəlzələnin qurbanı olan dörd azərbaycanlı gəncin ölümündən iki il ötür