Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun giriş qapısında, dördyol adlanan hissəsində qeydə alınıb.
Zərdab rayon sakini Mirəli Əli oğlu Yahyayevin idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə rayon polis şöbəsinə məxsus “Qazel” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ” markalı minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Qəza nəticəsində yol bir saatdan artıq müddətdə bağlı qalıb.
Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.