Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Salyanda vətəndaşları qəbul edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, nazir Neftçala, Sabirabad, Saatlı, İmişli, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbul zamanı vətəndaşlar tərəfindən müraciətlər, əsasən yol infrastrukturu, nəqliyyat vasitələrinə aid problemlər və işə qəbulla bağlı məsələlər barədə olub.
Bəzi məsələlər yerində həll olunub, digər məsələlərin həll olunması üçün göstərişlər verilib. Nəqliyyat Nazirliyinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.