AMEA Zoologiya İnstitutunun İnformasiya və innovasiya şöbəsinə yeni müdir təyin olunub.
Oxu.Az xəbər verir ki, həmin vəzifəyə akademiyanın gənc alimi (İKT üzrə mütəxəssis) Şahzadə Mədətova təyin olunub.
Artıq AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov dünən keçirilən Elmi Şuranın növbəti iclasında Şahzadə Mədətovanı institutun heyəti ilə tanış edib.
İclasda yaxın zamanlarda keçiriləcək sərgi ilə əlaqədar bir çox məsələlər həll olunub. Yeni təkliflər və sərgidə gənc alimlərin fəal iştirakı haqqında müzakirələr edilib.
Elman Yusifov onu da qeyd edib ki, gənc alimlər gələcək fəaliyyətlərinin inkişafı üçün Elmi şuralarda yaxından iştirak etsinlər.