Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda maskalı şəxslər gəncin başını dizinə bağlayıb kanala atdılar - FOTO/VİDEO
Lənkəranda üç maskalı şəxs 20 yaşlı gənci döyüb.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, dünən 1999-cu il təvəllüdlü, Ləj kənd sakini Pərviz Cümşüd oğlu Köçəriyev mal-qaranı örüşdən gətirmək üçün gedib və evə qayıtmayıb.
Heyvanlar örüşdən qayıtsa da, Pərvizin evə gəlməməsi atası Cümşüd Köçəriyevi narahat edib və oğlunu axtarmaq üçün örüş sahəsinə yollanıb.
Həmin yerə çatdıqda isə Pərvizin gödəkçəsini tapıb və meşəyə oğlunu axtarmağa gedib. Ata oğlunu suötürücü kanalda, başı dizinə bağlı şəkildə tapıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım maşını gəlib və huşsuz vəziyyətdə olan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsində müalicə olunan gəncin kəllə-beyin travması aldığı bildirilir.
Sonradan huşu yerinə qayıdan Pərviz üç şəxsin onu döydüyünü deyib. Həmin şəxslərin üzündə maska olub.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq davam edir.
Rövşən Mövlan
"Lənkəran" teqi üzrə xəbərlər
- Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Lənkəranda "QAZel" qadını VURDU
- Təcili yardım avtomobilinin qəzaya uğraması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
- Lənkəranda zəncirvari qəzada altı maşın əzilib
Rəylər