Bakıda intihar edən həkimin ölümü ilə bağlı bəzi detallar məlum olub.
Baku TV əməkdaşları hadisə yerində olub.
Görüntülərdən məlum olub ki, 38 yaşlı ginekoloq Xalidə Kəngərli 11-ci mərtəbədən qoruyucu tentin, daha sonra “Hyundai” markalı avtomobilin üzərinə düşüb.
Bina sakinləri bildirirlər ki, X.Kəngərli çox pozitiv insan olub. Onun intiharı hamıda təəccüb yaradıb.
Həmin süjeti təqdim edirik:
Bakıda intihar edən həkimin ölümü ilə bağlı bəzi detallar məlum olub.Baku TV əməkdaşları hadisə yerində olub.Görüntülərdən məlum olub ki, 38 yaşlı ginekoloq Xal...
16:12
Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.
O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.
X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.
Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.
Həkim bu gün dəfn olunub.
11:48
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.
O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
İlhamə Əbülfət
Rəylər