Fev
2018
09:23
41
599
30501
Virtual karabakh

Xalq artisti evində ölü tapılıb – YENİLƏNİB

9 Fev, 2018
09:23
30501

Xalq artisti evində ölü tapılıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

Oxu.Az-ın məlumatına görə, tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.

00:34

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, o, fevralın 8-i, axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib.

Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Allah rəhmət eləsin!

Pərviz Hüseyn, A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri