Noyabrın 30-da “Audi”nin tam elektrikli modeli olan “E-tron Sportback” və yeni “Audi Q5 Sportback” modellərinin təqdimat mərasimi keçirildi. Təqdimatda bir sıra məşhur şəxslər iştirak edib.
Qeyd etmək istəyirik ki, “Efendiler Group” elektrik avtomobil bazarının Azərbaycanda inkişafı üçün investisiya layihəsi hazırlayıb. Belə ki, artıq yalnız Bakı şəhərində deyil, Azərbaycanın bütün digər regionlarında da “Efendiler Group”a məxsus enerji doldurucu cihazlarını görə biləcəksiniz. Qeyd edək ki, “Efendiler Group”a aid olan avtomobil brendlərinin elektromobil sahibləri onlara təqdim olunmuş xüsusi kartlar vasitəsilə tam təmənnasız olaraq bu enerji doldurma məntəqələrindən istifadə edə biləcəklər. Yaxın zamanlarda həmin enerji doldurma cihazları Şuşadan başlamaqla işğaldan azad olunmuş bütün Qarabağda şəbəkə kimi genişləndiriləcək.
“Efendiler Group”a daxil olan “Dream Auto” MMC “Audi” avtomobillərinin rəsmi distribütorudur və 2012-ci ildən etibarən fəaliyyət göstərir. Azərbaycanda bu marka avtomobillərin və onların ehtiyat hissələrinin satışı, texniki xidmət göstərilməsi üzrə eksklüziv hüquqlara malikdir. Bakı şəhəri, Babək prospekti 43A ünvanında yerləşən “Audi” satış və servis mərkəzi “Audi”nin ən son konsepsiyasına uyğun olaraq 2018-ci ildə yenidən inşa olunub.