Çin avtomobil sənayesinin nəhənglərindən olan "Wuling" və JMC avtomobil brendlərinin ölkəmizdə rəsmi təqdimat mərasimi keçirilib.
Mayın 30-da baş tutan mərasimdə incəsənət nümayəndələri, avtomobil sektorunun sayılıb-seçilən simaları və media nümayəndələri iştirak ediblər. Hər iki avtomobil brendinin ölkəmizdə rəsmi distributoru Ram holdinq şirkətlər qrupuna daxil olan "IMotors" MMC-dir.
Wulling avtomobil brendi haqqında
"Wuling", SAIC və "General Motors" və Quansi Avtomobil Qrupunun birgə fəaliyyəti əsasında qurulmuş bir avtomobil brendi olaraq, Çində və dünya bazarında əhəmiyyətli uğurlara imza atmışdır. Şirkət, 2023-cü ildə Çin avtomobil bazarında satışa görə yeddinci yerdə qərarlaşıb. Elektrik avtomobillərinin satışında isə dördüncü yerdə yer alıb. Bu uğurlar, markanın müştərilərin ehtiyaclarını qarşılayan və əlverişli qiymətlərlə təklif edən məhsullar yaratma siyasətinin nəticəsidir.
Ölkəmizdə "Wuling" brendinin üç modeli artıq satışa təqdim olunub. "Wuling" STARLIGHT, "Wuling" ASTA və tam elektrikli "Wuling" BINGO.
Orta ölçülü sedan olan Plug-in Hybrid "Wuling" STARLIGHT modeli, dizayn baxımından müasir və zərif bir görünüşə malikdir. Avtomobilin uzunluğu 4835 millimetr, eni 1860 millimetr, hündürlüyü 1515 millimetr və təkər bazası 2800 millimetrdir. Baqaj həcmi isə 540 litr təşkil edir. Avtomobil 106 at gücündə 1,5 litrlik turbo mühərrik və 177 at gücündə elektrik mühərriklə təchiz olunub. Bu model 100 kilometr/saat sürətə cəmi 7,9 saniyəyə çatır və yanacaq sərfiyatı dörd litrdən azdır.
"Wuling" BINGO modeli isə markanın ən yeni tam elektrikli avtomobilidir və xarici görünüşündə cazibədarlığı ilə seçilir. Xrom detalları, retro dizaynı və həmçinin ön və arxa faraların xüsusi dizaynı ilə diqqət çəkir. Avtomobilin arxa yük bölümü ən praktik xüsusiyyətlərindən biridir. Baqaj həcmi 310 litrdir, bu da adi bir sedandan 100 litr daha çoxdur. Dərinliyi sayəsində çox sayda əşyanı rahatlıqla yerləşdirmək mümkündür. Avtomobil gənc işgüzar xanımların seçimi olmağa namizəddir.
İdarəetmə performansı, genişlik və rahatlıq baxımından üstün xüsusiyyətləri olan "Wuling" ASTA modeli isə kompakt SUV segmentində olduqca rəqabətcil bir qiymətlə təklif olunur. Avtomobil 2,0, 4 silindirli sadə hibrid mühərriklə təchiz olunub. Sıfırdan 60 kilometr/saata qədər sürətlənmə vaxtı 3,2 saniyədir. Şəhərdaxili istifadə zamanı yanacaq sərfiyyatı 4,6 litrdi.
Qeyd edək ki, "Wuling" avtomobil modellərinə dörd il 100 000 kilometr istehsalçı zəmanəti verilir.
JMC avtomobil brendi haqqında
JMC 1993-cü ildə təsis edilmiş və Çində ilk 500 şirkət sırasına daxil olmuşdur. Yüngül kommersiya vasitələri və pikap avtomobillərinin istehsalı və ixracı üzrə ixtisaslaşmış şirkət, avtomobil sənayesinin nəhənglərindən olan "Ford" və "Isuzu" korporasiyaları ilə birgə istehsal müəssisələrinə sahibdir.
Son illərdə "Ford" ilə strateji əməkdaşlıq sayəsində JMC şirkəti sürətlə inkişaf etmiş və Çin pikap avtomobil bazarında əhəmiyyətli uğurlar əldə edib. Şirkət, yüksək keyfiyyətli pikap modelləri ilə geniş təriflər qazanmış və satışlarını daima artırmışdır. Xüsusilə, JMC pikap modellərinin qiymət-performans nisbəti müştərilər tərəfindən yüksək qiymətləndirilir. Şirkət, hazırda Çin pikap avtomobil satışında ikinci yerdədir.
Artıq JMC pikap modellərinin satışına ölkəmizdə start verilib. "IMotors" MMC-nin rəsmi distribütorluğu altında, Grand Avenue və Vigus Plus modelləri ilə müştərilərə yüksək keyfiyyətli və münasib qiymətə avtomobillər təqdim edilir. Bu yolsuzluq avtomobil həvəskarları və eləcə də istehsal, tikinti və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər üçün əla bir fürsətdir. Qeyd edək ki, JMC modellərinə beş və ya 150 000 kilometr istehsalçı zəmanəti verilir.
"IMotors" MMC Haqqında
2023- cü ilin iyununda təsis edilən şirkət, təqdim olunan yeni modelləri ilə avtomobil alıcılarana əlverişli şərtlərlə geniş seçim imkanı və yüksək keyfiyyətli nəqliyyat vasitələri təqdim edir. Müştərilər üçün tam əlçatan olmağı hədəfləyən şirkət avtomobil satışı ilə yanaşı, avtomobillərin servis xidmətini, ehtiyat hissələrinin və EV şarj cihazlarının satışı təmin edir.
Ünvan: Babək Prospekti 38 A,
Telefon: +994 10 232 77 13