Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hindistanda keçirilən seçkilərdə dünya rekordu qeydə alındı
Hindistanda keçirilən ümumi parlament seçkisində 642 milyon seçici səs verib ki, bu da ümumi parlament seçkiləri üzrə dünya rekordudur.
Bu barədə ölkənin Seçki Komissiyasının rəhbəri Raciv Kumar məlumat verib.
"Hindistanda bu il dünya rekordu qeydə alındı. "Lok Sabha"ya (parlamentin aşağı palatası) seçkidə 312 milyon qadın daxil olmaqla, 642 milyon seçici iştirak etdi", - deyə Kumar bildirib.
"642 milyon seçici apatiya əvəzinə hərəkət etməyə, ədəbsizlik əvəzinə inama üstünlük verdi. Biz bu demokratiya bayramında iştirak edən hər kəsə təşəkkür edirik", - deyə Seçki Komissiyasının rəhbəri qeyd edib.
Onun sözlərinə görə, dünyanın ən böyük seçki kampaniyasına seçki komissiyalarının və təhlükəsizlik xidmətlərinin 15 milyon işçisi cəlb edilib.
Raciv Kumarın sözlərinə görə, respublikada seçkidə "Böyük yeddilik" ölkələri ilə müqayisədə 1,5 dəfə, Aİ-nin bütün 27 ölkəsindən isə 2,5 dəfə çox insan səs verib.
"Hindistan seçicilərinin inanılmaz gücü də məhz bundadır", - deyə o əlavə edib.
Mənbə: TASS
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda şirlər adam ovuna çıxıblar: İki həftədə üç nəfər parçalandı
- Ararat Mirzoyan: "Ermənistan Hindistan silahlarını almaqda maraqlıdır"
- "Air India" təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı
- Təyyarə sərnişinləri 10 saat boş yerə səmada qalıblar: Qəribə səbəb
- Hindistan baş nazirini 8 martda iki mindən çox qadın qoruyacaq