Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Baku Steel Company" QSC-də talassemiyalı və hemofiliyalı xəstələrə qanvermə aksiyası keçirilib
Qafqazın ən böyük metallurgiya şirkəti "Baku Steel Company" QSC (bundan sonra BSC) Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin bir istiqaməti kimi, ənənəvi olaraq, hər il əməkdaşları arasında talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən şəxslərə qanvermə aksiyası təşkil edib.
Bu il də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Qan Bankının dəstəyi ilə şirkət əməkdaşları könüllü olaraq donor olublar, talassemiyalı və hemofiliyalı xəstələrə dəstək nümayiş etdiriblər.
"Biz, gələcəyimizin sağlam olması üçün əlimizdən gələn köməkliyi əsirgəməməyə, qan verərək həyat qurtarmağa səy göstəririk. Sosial məsuliyyətini dərindən dərk edən şirkət kimi, "Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində, hər zaman donor olmağa, bu təqdirəlayiq təşəbbüsə öz töhfəmizi verməyə hazırıq", - deyə BSC-nin Həmkarlar İttifaqının sədri Asif Abbasov bildirib.
Valideynlərdən uşağa gen vasitəsilə keçən və ağır irsi qan xəstəliyi olan talassemiya - genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. Hemofiliya isə qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir.
2005-ci il fevral ayının 8-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə "Talassemiyasız həyat naminə" layihəsinin başlanmasını elan edib. Ölkəmizin əsas sənaye müəssisələrindən olan BSC bu təşəbbüsə böyük həvəslə qoşulan şirkətlərdəndir.
Qanvermə aksiyasından şəkillər:
"Baku Steel Company" teqi üzrə xəbərlər
- Azərbaycanın 50 ən iri vergi ödəyicisindən biri olan "Baku Steel Company" mükafatla təltif edilib
- "Baku Steel Company" QSC Amerika Neft İnstitutunun sertifikatlaşdırmasını uğurla tamamlayıb
- Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi
- "Baku Steel Company" şirkətində Rasim Məmmədovdan sonra da üç milyonluq yeyinti olub
- Rasim Məmmədov barədə son qərar verildi