Müştərilərinin rahatlığını əsas prinsiplərindən biri hesab edən “Expressbank”, bu istiqamətdə yeniliklər etməyə davam edir!
“Expressbank” “eManat” vasitəsilə yeni xidmət imkanı yaradır. “Expresspay” terminallarından olduğu kimi, “eManat” terminallarında da hesaba mədaxil funksiyası artıq aktivdir. Müştərilərimiz “eManat” terminalları ilə plastik kart hesablarına pul mədaxil edə bilərlər.
Bunun üçün “eManat” terminallarında banklar hissəsinə daxil olaraq “Expressbank”ı seçib, müvafiq əməliyyatı yerinə yetirə bilərsiniz.
Daha ətraflı məlumatı: “Expressbank”ın rəsmi saytına www.expressbank.az daxil olaraq və 132 Məlumat Mərkəzinə zəng edərək ala bilərsiniz.