Qızılı qapaqların altında hər gün, hər həftə və hər ay nağd pul və meqabaytlar qazanmaq şansı istehlakçıları gözləyir!
“Gülüstan, iç və hədiyyə qazan!” tirajlı stimullaşdırıcı lotereya 01.03.2022-ci il tarixindən 30.06.2022-ci il tarixinədək “TAC” MMC tərəfindən istehsal edilən 1, 1,5 və 2 litr həcmində olan və xüsusi nişanlanmış qızılı qapaqlara sahib olan “Düşes”, “Tərxun”, “Feyxoa”, “Şaftalı”, “Albalı”, “Portağal” və “Kola” çeşidli “Gülüstan” limonadlarının satışının stimullaşdırılması məqsədilə təşkil edilir.
Pərakəndə ticarət yerlərində satılan “Gülüstan” limonadlardan ən azı bir ədədini dəyəri ödənilməklə əldə edən istehlakçı bu stimullaşdırıcı lotereyada iştirak edə bilər. Belə ki, qızılı rəngli qapaqların altındakı promo kodu gulustan.info.az saytında qeydiyyatdan keçirərək lotereyaya qoşulmaq olar. Əlavə olaraq “Bakcell” nömrələrindən promo kodu qısa SMS-lə 5555-ə göndərərək də qeydiyyatdan keçmək mümkündür.
Hər gün 50 iştirakçı “Bakcell” mobil operatorundan 100 MB, 2 iştirakçı 50 AZN və 1 iştirakçı 100 AZN dəyərində uduşlar, hər həftə 1 iştirakçı 200 AZN dəyərində uduş və hər ay 1 şanslı iştirakçı 500 AZN dəyərində super uduşun sahibi olacaq! Ümumilikdə, 6 100 nəfər iştirakçıya 100 MB, 244 nəfər iştirakçıya 50 AZN, 122 nəfər iştirakçıya 100 AZN, 18 nəfər iştirakçıya 200 AZN və 4 nəfər iştirakçıya 500 AZN mükafatları veriləcək.
Kampaniya müddətində göndərilən bütün promo kodların müddəti bir ay təşkil edir. Hər bir promo-kod 1 gündəlik tirajda, 1 həftəlik tirajda və 1 aylıq tirajda iştirak edir. Qızılı qapaqlar lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısı olaraq kampaniyanın müddəti ərzində saxlanmalı və uduşların əldə edilməsi zamanı təşkilatçı şirkətə təqdim olunmalıdır.
Qaliblər təsadüfi nömrələr generatoru vasitəsilə müəyyən ediləcək və hər bir qalib iştirakçıya SMS vasitəsilə məlumat veriləcək. Həmçinin qaliblərin siyahısı promo.gulustan.info.az səhifəsində dərc olunacaq.
Lotereya Azərbaycan Respublikası Mərkəzi Bankının 9 dekabr 2021-ci il tarixli, №01-2-2021-166 saylı məktubu ilə qeydiyyata alınıb. Kampaniya ilə bağlı ətraflı məlumatları gulustan.info.az saytından, eləcə də (+99412) 346-22-91/92, 346-40-00 nömrələri vasitəsilə əldə edə bilərsiniz.
Qeyd edək ki, “TAC” MMC əhalinin keyfiyyətli içməli su və sərinləşdirici içkilər ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətlərdən biri olaraq artıq 25 ildir ki fəaliyyət göstərməkdədir.
Bu müddət ərzində “TAC” MMC daxili bazarı “Aquavita” təbii mineral sular, geniş çeşiddə “Gülüstan” limonadları, “Şahdağ” keyfiyyətli içməli sular və sərinləşdirici içkilər, “Jingo” təbii şirə tərkibli içkilər, “Nicetea” soyuq çayları ilə təmin etməkdədir.
Qazanmağa hazırsan? Gülüstan yenə də qazandırır!