Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Kontakt"ın "Super günlər"ində - 70%-dək endirim: YALNIZ 3 GÜN
"Kontakt" mağazalar şəbəkəsində böyük maraqla gözlənən 70%-dək endirimli "Super günlər"i nəhayət ki, yenidən başladı! Şəbəkənin bu kampaniyasında evinizə və şəxsi istifadənizə lazım olan məhsullara nağd alışda -70%-dək endirimlər var.
Kampaniya müddətində həm də istədiyiniz məhsulun nağd alış - endirimli qiymətini 24 ayadək bölüb rahatlıqla ödəyə bilirsiniz.
Budəfəki "Super günlər"də sizi nələr gözləyir?
· 1300 manata "iPhone 13" smartfonu: Xatirələri yalnız yaddaşda deyil, yüksək keyfiyyətli fotolarda saxlamaq istəyənlər üçün smartfon seçimi çox vacibdir. Səfərlərdən, ailəvi görüşlərdən və gündəlik həyatdan ən parlaq anları çəkmək üçün isə 128 GB-lıq "iPhone 13" smartfonu indi sadəcə 1300 manata almaq mümkündür. Bu smartfon peşəkar keyfiyyətli kamerası ilə hər şəklin və videonun canlı, detallı və parlaq görünməsini təmin edir.
· Sadəcə 350 manata çoxfunksiyalı "Huawei" smart saatı: Əgər həyatınızı komfort zonanızda yaşamağı sevirsinizsə, bu yolda ən yaxşı köməkçi çoxfunksiyalı smart saatdır. İndi endirimlə 350 manata olan bu amoled ekranlı saat bütün işlərin ən çevik icraçısı ola bilər. Çünki 14 günədək işləyə bilən "Huawei" smart saat ilə bütün bildirişləri və sağlamlığınızı izləmək çox asan olacaq.
· Tam 50% endirimli robot tozsoran: Təmizlik sözü bu vaxta qədər belə rahat hiss etdirməyib. Necə? "Xiaomi S20" robot tozsoranı avtomatik təmizləmə sistemi və 5000 Pa-lıq sovurma gücü ilə evinizi hər zaman səliqədə saxlayacaq. Bu möcüzəni isə sadəcə 350 manata almaq mümkündür.
· 67% endirimdə olan 20 manata ütü: Təsəvvür edin, səhər tələsik işə hazırlaşmaq vaxtıdır, amma sevimli köynəyiniz tam qırışdır. Sizə elə bir ütü lazımdır ki, tez isinib, güclü buxar funksiyası ilə zamanına qənaət etsin. İndi sadəcə 20 manata olan "Hoffmann" ütüsü öz istifadəçilərinə məhz bunu vəd edir. Bir neçə dəqiqəyə geyiminiz səliqəyə düşür və siz rahat şəkildə yola çıxırsınız.
· Sadəcə 850 manata 4 komponentli yataq dəsti: Yeni evə köçmək istəyənlər və ya evində yenilik etmək istəyənlər üçün əsl vaxtdır. Çünki rahat çarpayı, geniş sürgülü dolab, tumba və üstəlik termo - hamısının "Fiona" yataq dəstinə daxil olduğunu və bu dəstin sadəcə 850 manata olduğunu bildikdən sonra düşünmək yox, hərəkət zamanı olacaq.
Bu fürsətlər say-say bitməz, ilin ilk "Super Günlər"i isə martın 2-si bitir… Odur ki, bu ən sərfəli təklifləri öz gözlərinizlə görmək üçün 30,000-dən çox məhsul çeşidi olan "Kontakt" mağazalarına və ya kontakt.az saytına tələsməyiniz məsləhətdir.
"Kontakt Home" teqi üzrə xəbərlər
- "Kontakt"ın "Super günlər"ində 70%-dək endirim: YALNIZ 3 GÜN
- "Kontakt"ın Binə mağazası artıq yeni ünvanda – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
- "Kontakt"da fürsətlər yağışı: 50%-dək endirimlə al, endirimli qiyməti 24 ayadək böl
- "Kontakt" ilə "İlk addımı at", endirimli qiyməti 24 ayadək böl
- "Kontakt" bu il də taksit dövriyyəsi üzrə birincilik qazandı