Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"NEQSOL Holding" şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
"NEQSOL Holding" şəhid ailələrinə və qazilərə dəstək məqsədilə YAŞAT Fondu ilə əməkdaşlığı davam etdirir.
Əməkdaşlıq çərçivəsində "NEQSOL Holding" tərəfindən YAŞAT Fonduna ayrılmış vəsaitin bir hissəsi hesabına 2025-ci il ərzində 671 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.
Holdinq tərəfindən ayrılan vəsaitin digər hissəsi isə bu il ərzində xüsusi sosial layihələrin, o cümlədən şəhid övladları üçün YAŞAT Yay Düşərgəsi, Yay Məktəbi, Məktəbli Ləvazimatları və digər xüsusi layihələrin icrası çərçivəsində istifadə olunacaq.
"Cəmiyyət qarşısında məsuliyyət və sosial təşəbbüslərin dəstəklənməsi bizim korporativ mədəniyyətimizin mühüm hissəsidir. YAŞAT Fondu ilə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq və resurslarımızı təhsil, səhiyyə və sosial dəstək sahələrində mühüm layihə və işlərin həyata keçirilməsinə yönəldirik", - deyə "NEQSOL Holding"in Sədri Yusif Cabbarov qeyd edib.
"NEQSOL Holding" cəmiyyətin inkişafına və sosial dəyərlərin dəstəklənməsinə töhfə vermək üçün səylərini davam etdirəcək", - deyə Yusif Cabbarov əlavə edib.
Beləliklə, 2021-ci ildən etibarən köçürülmüş ianələr və hazırkı istifadə olunan məbləğ də daxil olmaqla, "NEQSOL Holding"in qərarı ilə tərkibindəki "Bakcell", "Norm", "Azerconnect Group" və "Nobel Energy" şirkətləri YAŞAT Fonduna ümumilikdə 3.7 milyon manat vəsait ayırıb.
"NEQSOL Holding" Novruz bayramı və Ramazan ayı münasibətilə Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.
"NEQSOL Holding" 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
"NEQSOL Holding" teqi üzrə xəbərlər
- Yusif Cabbarov: "Rəqəmsal İpək Yolu" layihəsinin yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək"
- "NEQSOL Holding" Təhsilin İnkişafı Fondu ilə "Parla" iştirakçıları üçün xüsusi tədbir keçirib
- "NEQSOL Holding" Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- Trans-Xəzər Fiber-optik Kabel Xəttinin tikintisinə dair mühüm sənəd imzalanıb