Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qırmızı Ürəklər Fondu "Qurban payı" aksiyasına start verir
Yardımlaşma, mərhəmət, ətraf mühitə və insanlara sevgi, qayğı ilə yanaşmaq kimi nəcib dəyərləri yaşadan və təbliğ edən Qırmızı Ürəklər Fondu "Qurban payı" ianə aksiyasına start verir. 6-7 iyun Qurban bayramı münasibəti ilə təşkil edilən layihə çərçivəsində xeyirxah insanların ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban payına çevriləcək.
Aksiyaya qoşulmaq, daha çox ailəyə bayram sevinci yaşatmaq üçün redhearts.az veb-saytında "İanə et" bölməsindən və "Birbank" mobil tətbiqindən müvafiq olaraq ianə etmək mümkündür.
"Redhearts" veb-saytı: https://kbl.az/qrbnpyi
"Birbank" mobil tətbiqi: https://bit.ly/BIRBNK
Qeyd edək ki, "Red Hearts" - Qırmızı Ürəklər Fondu 2020-ci ildə "Kapital Bank" ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
"Qurban Bayramı" teqi üzrə xəbərlər
- "2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?
- "Qurban payı" aksiyası çərçivəsində 376 ailəyə yardım edildi
- Bayram günlərində təcili tibbi yardıma neçə müraciət daxil olub?
- Bayram günlərində 230 yanğın hadisəsi olub
- Rayon avtovağzallarında sərnişin sıxlığı YARANDI