Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti komandanın aparıcı üzvlərindən olmuş və son vaxtlar istənilən oyunu sərgiləməyən Neymara güvənir.
Oxu.Az "Globo"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis artıq futbolçu ilə telefonla danışıb.
Ançelottinin Neymara DÇ-2026-da onun üçün çox vacib fiqurlardan biri olacağını dediyi bildirilir.
Ançelottinin Braziliya milisinin heyətini mayın 26-da açıqlaması gözlənilir.
Qeyd edək ki, hazırda "Santos"da çıxış edən Neymar xeyli müddətdir zədədən əziyyət çəkir.