Rinoplastik həkim Vüqar Fərhadovun Oxu.Az-a müsahibəsi:
– Harada təhsil almısınız və hazırkı fəaliyyətiniz nələrdən ibarətdir?
– 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirmişəm. 2003-2005-ci illərdə Ukraynada təhsil almışam – Burun, boğaz və qulaq xəstəlikləri üzrə kliniki ardinaturanı keçmişəm. 2005-ci ildən bəri, hərbi xidmət də daxil olmaqla, müxtəlif klinikalarda həmin sahə üzrə çalışmışam. Hazırda “Caspian Hospital”da çalışıram. Əməliyyatlarımı orada edirəm.
Son iki ilə qədər lor xəstəlikləri üzrə bütün əməliyyatları edirdik. Lakin son iki ildə yalnız burun əməliyyatları edirik. Etdiyimiz burun əməliyyatları ilk və ya təkrar olmasından asılı olmayaraq, qapalı şəkildə edilir. Rinoplastikanın son nailiyyəti olan qapalı “Led-down” əməliyyatını həyata keçiririk.

– Bunun digər əməliyyatlardan fərqi nədir?
– Qapalı-karma rinoplastika burunun ön hissəsinin və əsas formasını formalaşdıran pitangium bağının kəsilmədən icra olunan bir əməliyyatdır. Bu əməliyyat zamanı bütün prosedurlar daxildən aparılır. Əməliyyat zamanı burunun ön hissəsinin kəsilməməsi damarların və sinirlərin tamlığını qoruyur ki, bu da sağalma dövrünün daha tez və asan olmasına gətirib çıxarır, burunun ucunda keyimələr, şişkinliklər az olur.

Pitangium bağının kəsilməməsinin əsas üstünlüyü burunun üst hissəsində açıq əməliyyatlarda kəsik aparıldığı üçün avtomatik olaraq pitangium bağı kəsilərək dəri altında kütlə şəklində formalaşır. Nəticədə, burun üzərində keçməyən şişkinlik qalır, ona görə də burunun uc hissəsində şişkinlik olmur və burunun uc hissəsi burun gövdəsindən tam bir sərhədlə ayrılır. Rinoplastikada piezo aparatı işləndiyinə görə göyərmə, şişkinliklər daha az olur. Bunun hesabına isə sümükdə olan bəzi əyrilikləri düzəltmək mümkün olur.

Bu əməliyyatın açıq əməliyyatdan fərqi odur ki, eyni proseslər həyata keçirilir, ancaq çökmə və əyilmələr olmur. Bundan başqa, burun göz qarşısında olur və əməliyyatın sonunadək bütün fiziki dəyişiklikləri görmək çox asanlaşır.

Açıq burun əməliyyatlarında hər dəfə burunun dərisi yuxarı qaldırılır və formasına baxılmaq üçün dəfələrlə bu proses təkrarlanır. Dəridə şişkinliklər olduğuna görə, dəri yerinə tam oturmur və burunun formasını görmək mümkün olmur. Bu səbəbdən də ona tam doğru forma vermək mümkün olmur. Lakin qapalı əməliyyatlarda buna ehtiyac olmur, çünki burun forması əməliyyat boyunca öz yerində qalır. Qapalı əməliyyatlar açıq əməliyyatlardan tez bitir, xsətənin aldığı narkozun zərəri də az olur. Əməliyyatdan öncə modelləşdirmə aparılır və burunun görüntüsü müştəriyə təqdim olunur.
– Burunda forma dəyişikliyinin səbəbi nədir?
– Tam estetik və estetik funksional pozğunluqlardır. Bəzi burunlar var ki, nəfəs alma çətindir. Azərbaycanlıların burnunda olan əsas problem uclarının uzun olması, zaman keçdikcə sallanmasıdır. Bu zaman isə burun ucları qaldırılır.

– Burun əməliyyatı üçün normal yaş hansı yaş hesab olunur?
– Xanımlar üçün normal yaş 17, bəylər üçün isə 18-dir. Biz 63 yaşlı müştəriyə də estetik əməliyyat etmişik.
:640.jpeg)
– 63 yaşlı müştəriniz funksional, yoxsa estetik problemlə sizə müraciət edib?
– Estetik görüntüsü pozulduğu üçün gəlmişdi, bu da burun ucunun yuxarı qaldırılması ilə həll olunub. Yaşlı adamlarda sümüyə çox toxunmuruq ki, zərər görməsin.

– Burun əməliyyatları nə vaxt riskli sayılır?
– Burunun özü tərəfindən bir risk yoxdur. Səbirsiz xəstələr olur ki, əməliyyatı başqa həkimdə edirlər, şişkinlik olur, üç ay tamam olmamış, deyirlər ki, məni əməliyyat et. İlk əməliyyatdan bir il keçməlidir. Çünki ilk əməliyyatdan sonra burunda qan dövranı tam yerinə oturmur. Belə əməliyyatlarda çapışlaqma, burun nekrozu və çürümələr ola bilər.

– Əməliyyatdan öncə nələr edilməlidir?
– Xəstələrimiz ilk öncə “Medikus” klinikamıza gəlir, bütün profillərdən fotoları çəkilir. Onun istəkləri nəzərə alınır, daha sonra ona yeni burnunun formasını təqdim edirik. Xəstə əməliyyatdan bir həftə öncə analizlər verir və bütün normalar qaydasındadırsa, təyin olunan gün əməliyyatımızı həyata keçiririk. Onu da qeyd edim ki, xəstə əməliyyata ac gəlməlidir.
– Əməliyyat nə qədər vaxt çəkir?
– İki-üç saat çəkir.

– Xəstə nə qədər xəstəxanada qalmalıdır?
– Əməliyyat bitəndən 10 dəqiqə sonra xəstə oyanır. Bir saat ərzində tam ayıq vəziyyətdə olur. Bir gün xəstəxanada qalır, biz buruna tamponlar yox, silikon splintlər qoyuruq, iki gün sonra onlar, bir həftədən sonra termoplast gipslər çıxarılır. Sonra dəri rəngində olan plastrlar yapışdırırıq, beş gün belə gəzir. Bir ay sonra idman da edə bilərlər. İki ay sonra dənizə getmək imkanları da yaranır. Hətta əməliyyatın səhəri günü sağ burnu və sol burnu üstündə də yata bilərlər.

– Otağınızda bir çox diplomlar var. Bu barədə məlumat verməyinizi istərdim.
– Hamıya məlumdur ki, rinoplastika ən çox Türkiyədə inkişaf edib. Oranın həkimləri bizi pulsuz öyrədirlər. Rusiyadan gələn həkimləri də biz öyrədirik. Bu diplomları da orada keçirilən konfranslarda, fərdi həkim kurslarında almışam. Türkiyənin tanınmış rinoplastika əməliyyatı edən həkimi Barış Çakırdan dərs almışam. Dünya səviyyəsində ən yaxşı həkimlərdən biridir.

– Sizə ən çox kişilər müraciət edir, ya qadınlar?
– Bizə ən çox qadınlar müraciət edir. Əsas da ən çox müraciət Rusiyadan olan xanımlardır.
:640.jpeg)
– Qarşınızdakı yenilikləriniz nələrdir?
– Burun üstündə assimteriyanı götürmək üçün öz taktikalarımız var. Yeni ildən isə Moskvada da əməliyyatlar planlaşdırıram.

Vkontakte: Дрвугар-Фархадов
Facebook: Vuqar Ferhadov
Instagram: @rinoplastika.dr.vuqar.ferhadov
Telefon/WhatsApp: (050) 800 25 55