Ölkənin ilk rəqəmsal bankı "Birbank" təhsil işçiləri üçün xüsusi kampaniyaya start verib. 31 oktyabr 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsində təhsil işçiləri nağd pul kreditini 7%-dək endirimlə əldə edə bilərlər.
Kampaniya çərçivəsində 80 000 ₼-dək kredit götürmək, həmçinin digər banklardakı kreditləri "Birbank"da birləşdirmək mümkündür. Kredit müddəti üç aydan 59 ayadəkdir.
Kampaniyadan yararlanmaq istəyənlər "Birbank" tətbiqi və ya Birbank.az saytı vasitəsilə, "Birbank" çatına yazaraq, "196" əlaqə mərkəzinə zəng edərək və ya istənilən "Kapital Bank"/"Birbank" filialına yaxınlaşaraq müraciət edə bilərlər.
Ətraflı məlumat üçün: https://www.b-b.az/bbtsd
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank"ın əmtəə nişanı olan "Birbank", üç milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. "Birbank"ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, "196" əlaqə mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.