"Mercedes-Benz E-Class", "Mercedes-Benz GLE Hybrid" və "Mercedes-Benz GLS" modelləri xüsusi təklif olunan qiymətlərlə təqdim edilir. 2025-ci il istehsalı olan məhdud sayda avtomobillərə şamil olunan təklif premium "Mercedes-Benz" modelini xüsusi şərtlərlə əldə etmək imkanı yaradır.
"Mercedes-Benz E-Class" - biznes sinfinin zərifliyi
Zərif dizaynı, qabaqcıl texnologiyaları və yüksək komfort səviyyəsi ilə "Mercedes-Benz E-Clas"s biznes sedanının müasir simasını əks etdirir. İnteryerin hər detalında özünü göstərən diqqətli yanaşma və intuitiv texnoloji həllər gündəlik səfərləri daha rahat və zövqlü edir.
"Mercedes-Benz E-Class" üçün xüsusi təklif olunan qiymətlər 138 140 manatdan başlayır.
"Mercedes-Benz GLE Hybrid" - performans və səmərəlilik
"Mercedes-Benz GLE Hybrid" güclü SUV xarakterini hibrid texnologiyanın imkanları ilə birləşdirir. Dinamik yürüş, yüksək komfort və müasir texnoloji həllər modelin həm gündəlik istifadə, həm də uzun səfərlər üçün cəlbedici xüsusiyyətlərini ön plana çıxarır.
"Mercedes-Benz GLE Hybrid" üçün xüsusi təklif olunan qiymətlər 154 140 manatdan başlayır.
"Mercedes-Benz GLS" - premium SUV təcrübəsi
Əzəmətli dizaynı, geniş və zərif interyeri, yüksək komfort səviyyəsi ilə "Mercedes-Benz GLS" premium SUV seqmentində seçilən mövqeyə malikdir. Həm sürücü, həm də sərnişinlər üçün düşünülmüş rahatlıq və diqqətlə işlənmiş detallar modelin fərqli xarakterini tamamlayır.
"Mercedes-Benz GLS" üçün xüsusi təklif olunan qiymətlər 222 140 manatdan başlayır.
2025-ci il istehsalı olan məhdud sayda "Mercedes-Benz E-Class", "Mercedes-Benz GLE Hybrid" və "Mercedes-Benz GLS" avtomobilləri üçün xüsusi qiymətlər noyabrın 30-dək qüvvədədir.
Ətraflı məlumat, mövcud modellər və təklif şərtləri ilə bağlı "Mercedes-Benz"in Azərbaycandakı rəsmi dilerlərinə müraciət etmək mümkündür.
"Abşeron Avtomobil Mərkəzi"
Heydər Əliyev prospekti, 191 - *8885
"Autostar Kaukasus Azərbaycan"
Babək prospekti, 1145 - *5545