Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 26 yaşlı N.Hüseynov və 36 yaşlı Ş.Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12