Böyük Britaniyada 14 yaşlı yeniyetmə terror aktının hazırlanmasında şübhəli bilinərək həbs olunub. Bu barədə Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Mançester polisinin məlumatında bildirilib ki, o telefonunda məlumatın yoxlanmasından sonra həbs olunub.
Adı açıqlanmayan yeniyetmə zaminə buraxılıb. İş üzrə məhkəmə iclası mayın 28-nə təyin olunub.