Amsterdamın “Ajax” Futbol Klubu ilə Avstriyanın “Bremen” Futbol Klubunun hazırlık matçında faciə baş verib.
Oxu.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, 20 yaşlı “Ajax” futbolçusu Abdelhaq Nourinin ürəyi dayanıb.
Gənc oyunçuya 20 dəqiqə ürək masajı edilib, daha sonra isə helikopterlə xəstəxanaya aparılıb.
Hazırda onun yuxu vəziyyətində olduğu bildirilir.
Z.Q.
www.oxu.az