Pxençxanda 2018-ci il Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub.
Oxu.Az yarışların rəsmi saytına istinadən xəbər verir ki, məşəlin təqdimatı yarışların başlamasından düz bir il öncə baş tutub. Məşəl ağ rəngdədir, uzunluğu 700 mm-dir, bu isə Pxençxanın dəniz səviyyəsindən 700 metr hündürlükdə olmasına işarədir. Məşəlin dizaynı Cənubi koreyalı dizayner Kim En Se tərəfindən yerinə yetirilib.
Olimpiya Oyunları 2018-ci ilin 9-25 fevral tarixlərində keçiriləcək.

N.O.
www.oxu.az