Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
40-dan çox ölkə Rusiyada saxlanılan ABŞ jurnalistinin azadlığa buraxılmasını tələb edib
40-dan çox ölkə Rusiyada casusluq ittihamı ilə həbs edilən “The Wall Street Journal”ın (WSJ) jurnalisti Evan Qerşkoviçin azadlığa buraxılmasına, həmçinin media nümayəndələrinə qarşı repressiyalara son qoyulmasına çağırıb.
Bu barədə dünya ölkələrinin 3 May Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş birgə bəyanatına istinadən xəbər yayılıb.
“Biz Rusiya Federasiyasının hakimiyyətini siyasi motivlərlə həbsdə saxladıqları şəxsləri azad etməyə və söz azadlığına, o cümlədən media mənsublarına qarşı sərt basqılara son qoymağa çağırırıq”, - bəyanatda deyilir.
Qerşkoviçə dəstək bəyanatı imzalayan dövlətlər arasında ABŞ, Avropa ölkələri, Avstraliya, Kanada, İsrail, Yaponiya və Cənubi Koreya da var.
Mənbə: rtvi.com
"Avstraliya" teqi üzrə xəbərlər
- Avstraliya epidemiya astanasında? Laboratoriyadan yüzlərlə öldürücü virus nümunəsi yoxa çıxdı
- Avstraliyalı bloqer "layk" xatirinə qızına dərman verib komaya saldı
- Avstraliyada 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan edilir
- Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
- Azadlıq üçün 5.3 milyon dollar: Avstraliyalıların köləliklə mübarizəsi başladı
Rəylər