İllinoys ştatının Şampeyn şəhərində yerləşən Şampeyn Sentral orta məktəbinin yaxınlığında basketbol matçından sonra atışma olub.
Bu barədə Oxu.AzThe News-Gazette-yə istinadən xəbər verir.
Məlumata əsasən, atışma Danville High Vikings komandası Chicago Maroons-un üzərində qələbəsindən sonra başlayıb. Üç məktəbli qızın xəsarət aldığı bildirilir.
Polis hazırda hadisəni törədənin kimliyini müəyyənləşdirir.
N.O.